Zərintac Həsənova

Zerintac Hesenova haqqinda

Təhsili

Yazar, sosial işçi, məzmun mütəxəssisi – yazar Zərin Hüseyn adı ilə tanınır. 2000-ci ildə Bakı şəhərində anadan olmuş və təhsilini də bu şəhərdə alan Zərintac Həsənova Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirmişdir. Yazar arzuladığı ixtisas üzrə (sosial iş) təhsil aldığı müddətdə əsaslı cəmiyyət problemləri (şəxsiyyətin inkişafı, cinayət psixologiyası, insanların gözündəki yaxşılıq anlayışı və s.) haqqında müxtəlif araşdırmalar aparır və təhlillərini yazdığı məqalələrində əks etdirir. Beləliklə, təhsil aldığı ixtisasın ona öyrətdikləri və bu ixtisasın tələb etdiyi etik peşə prinsipləri ona yazılarında xüsusi yanaşma bəxş edir.

Sevdiyi bütün işləri həvəslə həyata keçirən insan

Universiteti bitirdikdən sonra özünü gələcəyin ən yaxşı mütəxəssislərindən biri kimi görmək istəyən Zərintac Həsənova bir sıra dövlət qurumlarında könüllülük və təcrübə proqramlarının iştirakçısı olmuşdur. Bu dövrdə həmçinin bir müddət redaktor, baş redaktor kimi çalışmışdır. Daha sonra iş həyatına məhşur təlim şirkətlərindən birində əməkdaş olaraq başlayır. Sosial işçi olduğu üçün eyni zamanda dövlət orqanlarının müxtəlif layihələrində, eləcə də özəl kurslarda əməkdaşlıq çərçivəsində sosial-psixoloji mövzuda təlimlər keçir.
Daha sonra yazmaq həvəsi və bu sahədə olan bacarığı onu reklam mətnlərinin yazılması sahəsində də uğurlu olmağa səsləyir və fəaliyyətini reklam şirkətində davam etdirir.

Ədəbiyyat sevgisi

Zərin üçün uşaqlıqdan bir həvəs kimi formalaşan yazmaq arzusu zamanla imtina edilməsi çətin olan bir fəaliyyətə çevrilmişdi. Yazdıqlarını 2019-cu ilə qədər gizlədə bildi. Daha sonra müəllimlərinin və dostlarının təkidi ilə onları təqdim etdi və bu zamandan etibarən həmin yazılar həm ölkəmizdə, həm də Türkiyə və Özbəkistanda yayımlanmağa başladı. Hal-hazırda Türkiyədə çap olunmuş “Gökyüzü Gibi Çocuk” kitabının müəllifidir. Azərbaycanda və Türkiyədə müxtəlif kitab, dərgi və antologiyalarda Zərin Hüseyn imzası yer almaqdadır.

How useful was this post?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this post.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir