Ataya aid şeir

Bir atanin gozlerinde seiri

Bir atanın gözlərində zəhmətin hər rəngini görürsən,
Mən onun baxışıyla göyqurşağı boyadım.
Onun qəzəbini də xoş sözütək sevirsən,
Bunu qəzəbindəki mərhəmətdə anladım.

Hər səslənişində, çağırışında
Gözəlləşir adım da!
Unutma bu şeiri, zaman-zaman xatırla:
Sənin qızına sevgin, ya onunku böyükdür?

Bilməm, dürüstlüyünü həyat fəlsəfəsitək,
Yoxsa dodaqlarında şeirimi sevmişəm?

Sən
Nağıl əvəzi şeirlərlə böyütdüyün qızını
Yazdığı şeirlərdə sevməyi öyrənmisən.

Çox qısa bir şeirdi, gözlərindəki baxış kimi:

ötəri, zərif və

mənalı…

01.01.2023

How useful was this post?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this post.

Bunlar da hoşunuza gidebilir...

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir